Almaniyada üç nəfər Rusiyanın xeyrinə casusluqda ittiham edilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Almaniyanın Bavariyadakı infrastruktur obyektləri, o cümlədən Birləşmiş Ştatlar Ordusunun obyektləri haqqında məlumat toplayaraq Rusiyaya ötürüb.

Saxlanılanlardan birinin tanınmamış Donetsk Xalq Respublikasında əsgər olduğu bildirilib.