"Telegram"ın təsisçisi Pavel Durov saxlanılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki,o, Fransanın "Le Burje" hava limanında saxlanılıb.

Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.