Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Bu barədə Teleqraf.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib.

Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.