Rusiyada ABŞ vətəndaşı Cozef Tateri inzibati qaydada həbs edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Moskvanın Meşçanski Rayon Məhkəməsi C.Tateri xırda xuliqanlıqda ittiham edib. O, 15 gün həbsdə qalacaq.
Qeyd edək ki, 46 yaşlı amerikalı oteldə dava etdikdən sonra polis bölməsinə aparılıb. Amerika vətəndaşı şöbədə onu sakitləşdirməyə çalışan polis kapitanına hücum edib.