Bakının Sabunçu rayonunda narkotik alverçisi həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Telman Aydəmirov həbs edilib. Ondan 430 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hacı Zeynalov