Suraxanı Rayon Məhkəməsində oğurluqda ittiham edilən Anar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Nərminə Rzayevanın sədrliyi ilə keçirilən prosesdə A. Kərimova verilmiş 4 epizod üzrə ittihamın heç birində təqsirlilik sübuta yetirilməyib. Məhkəmə işi geniş araşdırıb, zərərçəkmiş və şahid ifadələri dinlənilib. Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
İttihama görə, A. Kərimov Bakının Suraxanı rayonu ərazisində yerləşən mənzillərdən ümumilikdə 3 min manatdan çox məbləğdə oğurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi açılıb.