"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev bir müddət əvvəl həbs edilib.
Teleqraf.com xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə ittiham olunur.
Baş redaktorun barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
S.Əliyev bundan əvvəl də oxşar maddələrlə həbs olunub.