Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib

Teleqraf.com xəbər verir ki,hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

"Nissan" və "Kia" markalı avtomobillər toqquşub. Nəticədə "Kia" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbi araşdırılır.