Dələduzluqda ittiham olunan "Meqa-Siti Holdinq” MMC-in təsisçisi Fariz Nuriyevin barəsində axtarış elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan iclasa təqsirləndirilən şəxs gəlməyib.

Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilib və həbs olunması üçün axtarışa verilib.

Fariz Nuriyev saxlanılana kimi cinayət işi üzrə icraat dayandırılıb.

Qeyd edək ki, Fariz Nuriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, Fariz Nuriyev şirkətin inşa edilən yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.

Cinayət işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.