Mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 23-nə təyin edilb.

İttihama görə, 1969-cu il təvəllüdlü Şamil Bədəlov Azital İnşaat MMC şirkətinin direktoru vəzifəsində çalışıb. O, şirkətin 42 min manat pulunu mənimsəyib.

Şamil Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, Azital İnşaat MMC Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub.