Bakının Sabunçu rayonunda kütləvi dava baş verib.
Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsində bir qrup gənc arasında mübahisə zamanı 33 yaşlı Niyaməddin Qurubanov, onun qardaşları – 29 yaşlı Şahmar Qurbanov, 25 yaşlı Məmməd Qurbanov bıçaqlanıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb.