Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Elvin Qənbərli münaqişə zəminində həmyerliləri Zamiq Məmmədov və Mehman Məmmədovu bıçaqlayıb.

Məlum olub ki, onlar birlikdə içki məclisində olub. Sərxoş olan dostlar sonradan mübahisə ediblər. Onların mübahisəsi qanlı cinayətlə nəticələnib.

Mingəçevir şəhər polis şöbəsi əməkdaşları tərəfindən Elvin Qənbərli tutulub. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.