Bakının Səbail rayonunda otellərdən birində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən “Mister” otelində xadimə işləyən Bakı şəhər sakinləri Təranə Əhmədova və Asiya Baxşıyeva cinayətlə üzləşib.
Onların çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlanıb. Baş verən oğurluq hadisəsi ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin oteldə turist kimi qalan Əlcəzair vətəndaşı, 1996-cı il təvəllüdlü Senoussi Yousef Frenda saxlanılıb.