Bakı metrosunda qadına qarşı cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, metroda Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlanıb.
Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.