Bakıda taksi sürücüsünə quldurluq etməkdə təqsirli bilinən Vüsal Əliyev, Rafiq Bayramov və Eldəniz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Vüsal Əliyev 5, Rafiq Bayramov 6, Eldin Tağıyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, ötən il dekabrında “Baksol” yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində 3 nəfər əyləşib.
Taksi sürücüsünə Sabunçuya gedəcəklərini bildirən müştərilər qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb ediblər.
Xaləddin Məmmədov pulunun olmadığını deyib. Bu zaman quldurlar onu avtomobildən düşürərək, həmin nəqliyyat vasitəsi ilə hadisə yerini tərk ediblər.