Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Məlumata görə, hadisə Mətanət Muxtarovanın atasının evində olub. Mətanətlə Fariz 2015-ci ildə məhkəmənin qərarı ilə rəsmi qaydada boşanıblar.

İki azyaşlı uşağı olan ana atasının evində məskunlaşıb. Sentyabrın 5-də, axşam saatlarında sərxoş vəziyyətdə qayınatasının evinə gələn Fariz arvadı ilə barışmaq, onu öz evinə aparmaq istəyib.

Lakin Mətanət onunla getməkdən imtina edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fariz keçmiş arvadının başını kəsib.

Cinayəti törədən Fariz Muxtarov hadisə yerindən qaçıb. Hazırda polis və prokurorluq əməkdaşları Fariz Mustarovun tutulması üçün əməliyyat tədbirləri həyata keçirir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.