Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Füzuli rayonunun Mahmudlu kəndində olan 1993-cü il təvəllüdlü Həsrət Şahverənov naməlum şəraitdə bıçaqlanıb.

Onu kimin bıçaqladığı məlum deyil. Hazırda Şirvan şəhər polis şöbəsinin əməkdaşları törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlum olub ki, Həsrət Şahverənov əvvəllər məhkum olunub. O, 2009-cu il martın 26-da ailə münaqişəsi zəminində atası Sabir Şahverənovu kəndirlə boğaraq qətlə yetirib.

Həsrət Şahverənov məhkəmədə verdiyi ifadəsində bildirib ki, atası daim onu, bacısını, qardaşını və anasını döyüb, incidib, onlara olmazın əzablar veririb. Onun ifadəsinə görə, qətlə yetirdiyi atası onun 15 yaşında olan bacısını zorlamağa cəhd göstərib.

Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2009-cu il tarixli hökmü ilə Həsrət Şahverənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həsrət Şahverənovun bu ilin martında həbs müddəti başa çatıb və o, azadlığa buraxılıb. Onun kafelərdən birində mübahisə etdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı cinayət işi başlanıb.