Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində 1983-cu il təvəllüdlü İlham Qarayev tanışı tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə pul borcu üstündə mübahisə zəminində baş verib.
Faktla bağlı cinayət işi başlanıb.