Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Yuxarı Göycəli kəndində 1989-cu il təvəllüdlü Babək Abbasov bıçaqlanıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Babək Abbasov qız üstündə həmkəndlisi ilə mübahisə edib. Adı açıqlanmayan şəxs Babəkin istədiyi qıza söz atıb. Buna görə Babək də həmin şəxslə mübahisə edib və onların mübahisəsi davaya çevrilib. Dava zamanı Babək bir neçə bıçaq xəsarəti alıb.
Hadisə törədən şəxs gizlənib. Onun tutulması üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.