Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Azad Əliyevə zor tətbiq edib, 42 manat pulunu alıb.

Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abusəddər Məmmədov tutulub.

Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.