Bərdə rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərdən birindən noutbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Samir Mustafayev tutulub.

Onun iyunun 29-da daha 1 evdən 6000 manat pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Samir Mustafayev əvvəllər məhkum olunub.