Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə dinləmə epizodu üzrə şahid dindirilib.
Daha sonra Sübahir Qurbanovun vəkili Adil İsmayılov vəsatətlə çıxış edib. O, sabiq MTN əməkdaşlarının məhkəməyə əlavə şahid qismində çağırılmasını tələb edib.
Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə yollanıb.
Məhkəmə vəsatəti qismən təmin edib. Növbəti proses oktyabrın 10-na təyin olunub.