Jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən verilmiş kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə keçirilən prosesdə kasasiya şikayəti təmin edilməyib.
Rauf Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. O, kasasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra Rauf Mirqədirov ölkəni tərk edib.