DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Maştağa qəsəbəsində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarəyə daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Rövşən Xalıqov həbs edilib.

Ona məxsus istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Ağdam rayon polis şöbəsi əməkdaşları tərəfindən Orta Qərvənd kəndi ərazisində yabanı halda bitən 107 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.