Bakıda “Kontakt” və “Eurolux” şirkətlərindən oğurluq etməkdə təqsirləndirilən Saleh Mehdiyev, İntiqam Quliyev və Tərlan Əhmədağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb və çıxış etmək üçün söz prokurora verilib.
İntiqam Quliyevə 9 il 3 ay, Tərlan Əhmədağzadə və Saleh Mehideyəvə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Vəkilləri təqdirləndirilən şəxslərə daha yüngül cəza tələb edib.
Növbəti proses oktybarın 10-da davam edəcək.
İttihama görə, “Kontakt” və “Eurolux” şirkətlərindən oğurluq etməkdə şübhəli bilinən Saleh Mehdiyev tutulub. Ondan 2 ədəd kondisioner, 1 ədəd tozsoran aşkar olunaraq götürülüb.
Saleh Mehdiyev dindirilərkən məlum olub ki, o, hadisəni əvvəllər həmin anbarda işləmiş Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Quliyevlə birgə törədib. Qrup anbardan 12 kondisioner, 1 tozsoran və 1 kombi oğurlayıb.
Saleh Mehdiyevin paytaxt ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan 2 kondisioner və 1 kombi aşkarlanıb.
Tərlan Əhmədağazadənin “Xəzər İnşaat” şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 kondisioner, 5 tozsoran, 21 kombi aparatı və digər əşyaları oğurladığı müəyyən edilib.