Bakının Nizami rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun İsmayıl Məmmədov küçəsi-17 ünvanında yaşayan Natiq Abdiyevin evindən 20 min manat oğurlanıb.

Məlumata görə, hadisə baş verən zaman ev sahibi və ailə üzvləri qonaqlıqda olublar. Geri qayıdan Abdiyevlər evin dağınıq vəziyyətdə olduğunu, 20 min manatın oğurlandığını görüblər.

Ev sahibi hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verib.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin tutulması üçün tədbirlər görülür.