Teleqtraf.com xəbər verir ki, iyulun 1-də və 2-də rayon ərazisində vətəndaşlara məxsus 8 velosipedin oğurlanması barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə şikayət edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Səbuhi Mirzəyev tutulub.

Səbuhi Mirzəyevin əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.