Teleqraf.com xəbər verir ki, 2 yaşlı Rəvan Bəydəmirli yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Daha bir hadisə Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisində qeydə alınıb. Daş karxanasında işləyən Horadiz şəhər sakini Telman Quliyevin üzərinə qum bunkerinin düşməsi nəticəsində ölüb.
Ucar rayonunun Alpı kəndində isə azyaşlı Vaqif Quliyev həyətlərində yelləncəyin ipinin boynuna dolaşması nəticəsində ölüb.
Şamaxı rayonunun Laləzar kəndi ərazisində də bədbəxt hadisə baş verib. Rayon sakini Pənah Xudaverdiyev Şəmkir rayon sakini Elvin Rüstəmovun idarə etdiyi “Hovo” markalı avtomobildən yük boşaldarkən yük yerinin qapağı qəflətən bağlandığından başına dəyib və o, hadisə yerində ölüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.