Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə ekspertizanın rəyi elan olunub.
Hakim bildirib ki, Nəsib Cabbarov cinayət hadisəsini törədən zaman anlaqlı vəziyyətdə olub.
Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək Nəsib Cabbarovun 17 il müddətinə azadlıqdan məhrim edilməsini istəyib. Hakimlər kollegiyasının elan etdiyi hökmə görə, Nəsib Cabbarov 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nəsib Cabbarov əxlaqsızlıq etdiyini əsas gətirərək qızını amansızlıq öldürüb. Qətl hadisəsi ötən ilin iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb.
Məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.
İstintaqın gəldiyi nəticəyə görə, Nəsib Cabbarov qızının əxlaqsızlıq etməsi haqda söz-söhbəti qohumu Rövşən Cabbarovdan eşidib.
Nəsib Cabbarov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.