Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əziz Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əziz Məmmədov ötən il oktyabrın 26-da Bakı şəhər sakini Nazilə Quliyevanın içərisində 100 manat pul, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.