Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlunatları dəqiqləşdirilib.

İttihama görə, qətl ötən il Qobustan rayonunun Divanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Fəxri Kərimov mərasimə dəvət olunan Vüsal Nemətov tərəfindən bıçaqlanıb. Ağır yaralanan Fəxri Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Vüsal Nemətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçaqla Fəxri Kərimovu vurub.

Onu da qeyd edək ki, qətlə yetirilən Fəxri Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Məhkəmə baxışı iyulun 7-ə təyin edilib.