Bərdə rayonunda qəbiristanlığında xoşagəlməz hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev polis şöbəsinə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşı və 2 ədəd güldanın oğurlandığını bildirib.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb.

Onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurladığı müəyyən edilib.

Hacı Zeynalov