BAKI, 4 aprel. TELEQRAF
ABŞ "JASSM-ER" raketlərinin demək olar ki, hamısını İrana qarşı hərbi kampaniyada istifadə etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, Sakit Okean bölgəsindəki anbarlardan 1,5 milyon dollar dəyərində silahların götürülməsi əmri mart ayının sonunda verilib.
Mənbə bildirib ki, ABŞ-nin kontinental əraziləri də daxil olmaqla, digər yerlərdəki Amerika obyektlərində yerləşdirilən raketlər ABŞ Mərkəzi Komandanlıq bazalarına və ya Böyük Britaniyanın Fairford şəhərinə köçürüləcək.