BAKI, 5 aprel. TELEQRAF

Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.

Teleqraf-ın məlumatına görə, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Sürüşmə təhlükəsi yaranmış əraziyə gedən yol polis əməkdaşları tərəfindən müvəqqəti olaraq qapadılıb. Vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə əraziyə giriş məhdudlaşdırılıb.