BAKI, 4 aprel. TELEQRAF
İran hakimiyyətinin Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi və nəzarətinə yönəlmiş hərəkətləri beynəlxalq hüquq normalarına uyğundur.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçi Avstriya Xarici İşlər Naziri ilə telefon danışığı zamanı bildirib ki, Hörmüz boğazında İran tərəfindən müəyyən edilmiş prosedurlar beynəlxalq hüquqa uyğundur".
Söhbət zamanı Əraqçi düşmən olmayan dövlətlərin gəmilərinin İranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə biləcəyini təsdiqləyib.