BAKI, 5 aprel. TELEQRAF
ABŞ-nin Luiziana ştatında Laos Yeni ili münasibətilə keçirilən festival yaxınlığında avtomobilin izdihama çırpılması nəticəsində 15 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli xidmətlərə istinadən məlumat yayıb.
Məlumata görə, yaralananlardan 13-ü xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı açıqlama verən təşkilatçılar insidentdən dərin kədər hissi keçirdiklərini bildirərək əvvəlcədən planlaşdırılan tədbirlərin ləğv edildiyini qeyd ediblər.
Şübhəli şəxsin motivi hələ müəyyən edilməyib. Bildirilir ki, hadisəni törədən şəxs qısa müddət sonra saxlanılıb.