BAKI, 11 iyun. TELEQRAF
Ermənistan cəmiyyətinin əksəriyyəti sülh gündəliyinə dəstək verir.
Teleqraf xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son illərdə regionda ciddi geosiyasi dəyişikliklər baş verib və bu prosesdə müxtəlif beynəlxalq aktorların maraqları müşahidə olunub.
Deputat qeyd edib ki, Azərbaycan bu mərhələdə sülh təşəbbüsləri ilə çıxış edərək regionda konstruktiv platforma formalaşdırmağa çalışıb:
“Azərbaycan Prezidenti tərəfindən irəli sürülən sülh gündəliyi regionda yeni reallıqların yaranmasına töhfə verib. Ermənistanda baş verən siyasi proseslər və ictimai rəydə müşahidə olunan dəyişikliklər də göstərir ki, cəmiyyətin əhəmiyyətli hissəsi normallaşma və sülh prosesini dəstəkləyir”.