BAKI, 5 iyun. TELEQRAF

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan DTX-si məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Geka Geladze Azərbaycan DTX rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.

Görüşdə tərəflər Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərini, Cənubi Qafqaz regionunda cərəyan edən son hadisələri və beynəlxalq təhlükəsizliyə yönələn müasir çağırışları müzakirə ediblər.

Artan qlobal təhdidlərin qarşısının alınması prosesində hər iki ölkənin təhlükəsizlik orqanları arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı, həmçinin 2026-cı ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan və regional, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayan illik təhlükəsizlik forumuna toxunulub.

Görüşün sonunda G.Geladze azərbaycanlı həmkarına səmimi qonaqpərvərliyə görə təşəkkür edib və onu Gürcüstana dəvət edib.