BAKI, 26 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.