BAKI, 10 fevral. TELEQRAF

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru Mojteba Şəsti Kərimi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə ikitərəfli konsulluq məsələlərinə dair fikir mübadiləsi aparılıb.