BAKI, 25 noyabr. TELEQRAF

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edib.

Teleqraf Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, görüşdə həmçinin ikitərəfli məsələlər barədə danışılıb.

***

17:31

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.