BAKI, 29 oktyabr. TELEQRAF
Omanda Azərbaycan səfirliyinin rəsmi açılışı olub.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında paylaşım edib.
"Omanın paytaxtı Masqatda Azərbaycan Respublikasının səfirliyinin rəsmi açılış mərasimində iştirak etməkdən məmnunam.
Bu yeni diplomatik nümayəndəlik ölkələrimiz arasında tərəfdaşlığın getdikcə gücləndiyini göstərən mühüm mərhələdir.
Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açaraq ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik.
Bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş birgə səylərimizi əks etdirir",- paylaşımda deyilir.