BAKI, 17 oktyabr. TELEQRAF

Bu gün Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Milli Müdafiə Universitetinin "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN məlyumat yayıb.

Bildirilib ki, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.

Kursda, ümumilikdə Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan 28 nəfər nümayəndə iştirak edir.