BAKI, 11 avqust. TELEQRAF
Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılıb, bütün üç mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.
Teleqraf xəbər verir ki, bu barədə avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin mətnində bildirilib.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.