BAKI, 8 avqust. TELEQRAF
Azərbaycan və Ermənistan arasında sülhün əldə olunacağına əminəm.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evin girişində qəbul edərkən deyib.
O, Ermənistan və Azərbaycan arasında əldə olunması gözlənilən razılaşmanın davamlı olacağına əminliyini ifadə edib.