BAKI, 8 avqust. TELEQRAF

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək ikitərəfli görüşə hazırlıqlar yekunlaşıb.

Teleqraf xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısına Azərbaycanın Dövlət bayrağı gətirilib.

Qeyd edək ki, hazırda Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin D.Trampla görüşü nəzərdə keçiriləcək.

Proqrama görə daha sonra ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Bakı və İrəvan arasında sülh sazişi, Zəngəzur dəhlizinin açılması, regionda sülhün möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.