BAKI, 31 iyul. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
"Görüşdə Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını dərinləşdirməyin yolları müzakirə olundu. Ukraynaya göstərilən davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram",- paylaşımda deyilir.