ŞUŞA, 20 iyul. TELEQRAF

"Azərbaycan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi Rusiya ilə baş verən hadisələrlə əlaqələndirilmir".

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Tədbir MDB ölkələrinin iştirakı ilə keçirilib. Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır. Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”, - o qeyd edib.