AĞDAM, 21 iyun. TELEQRAF
"Qarabağ bölgəsinə səfər məni olduqca təsirləndirdi. Çünki biz görürük ki, Laçın, Şuşa və Ağdam kimi bu üç şəhərdə çox qısa müddət ərzində böyük irəliləyiş əldə olunub".
Bunu Teleqraf-ın Ağdama ezam olunan əməkdaşına açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.
"İstər infrastruktur, istərsə də yerli əhali üçün yaradılan şərait baxımından mühüm işlər görülüb. Bu isə onu göstərir ki, Azərbaycan hökuməti tarixən bu torpaqlarda yaşamış insanlara diqqət və qayğı ilə yanaşır. Biz görürük ki, bu bölgəyə həyat və sülh qayıdıb və Qarabağ Azərbaycan xalqı üçün birliyin və rifahın rəmzinə çevrilib. Azərbaycan hökumətini Qarabağ bölgəsində əldə olunan böyük uğura görə təbrik edirəm", - o əlavə edib.