BAKI, 29 may. TELEQRAF
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".